SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çin İxrac-İdxal Bankı arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə Çin şirkətləri, eləcə də maliyyə institutları arasında əlaqələrin uğurla inkişaf etdiyi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm layihələrin icra olunduğu bildirilib.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi, həmçinin perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verilib. Çin hökumətinin maliyyə institutu kimi fəaliyyət göstərən bankın xarici investisiyaların və beynəlxalq iqtisadi əməkdaşlığın dəstəklənməsi üzrə icra etdiyi layihələrə dair məlumat təqdim olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
Beynəlxalq "Bernstein" analitik şirkətinin şərhçiləri bitkoinin qiymətinin 2029-cu ilin sonunadək 300 min dollara çata biləcəyini gözləyirlər. AZƏRTAC "Investin...