SOCAR birgə və asılı müəssisələrə investisiyaları kəskin azaldıb
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisələrə investisiyaları 563 milyon manat, asılı müəssisələrə investisiyaları isə 2 milyard 279 milyon manat təşkil edib.
BAKU.WS SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, bunlar, ötən il yanvarın 1-nə nuisbətən ə müvafiq olaraq 13,6 dəfə və 2,1 dəfə azdır.
SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Onun nizamnamə kapitalı 5 milyard 14 milyon manatdır.
Oxşar xəbərlər
"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirə...