SOCAR ABŞ şirkəti ilə geotermal enerji və karbonun tutulmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın "DeGolyer and MacNaughton" şirkəti ilə geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib
BAKU.WS şirkətə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşdə müzakirələr aparılıb.
Görüşdə SOCAR ilə "DeGolyer and MacNaughton" şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər həmçinin yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...