"Sizə bəzi rəqəmləri demək istəyirəm..." - Mikayıl Cabbarov oğurlanan milyonlardan danışdı
18
fev
2019
13:06
“2019-cu ildə vergis sahəsində keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır. Əsas məqsədlər kölgə iqtisadiyyatı ilə mübarizədir”.BAKU.WS xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forum da çıxış edərkən deyib."Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mlnş manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib", - nazir bildirib.M.Cabbarov məlumat verib ki, 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb. Buyoxlamalar 0,4 faiz göstərici deməkdir. "Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik"-nazir deyib.M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: "Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib".Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: "Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vergi ombudsmanı yaradılacaq
İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. BAKU.WS xəbər verir ki, bu bar...