“Şahdəniz” yatağından 163,97 milyard kubmetr qaz hasil edilib

“Şahdəniz” yatağından 163,97 milyard kubmetr qaz hasil edilib
İqtisadiyyat 44

İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib.

Qeyd edib ki, bu dövrdə “Şahdəniz” yatağından 163,97 milyard kubmetr qaz, 36,94 milyon ton kondensat hasil edilib.

Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6,44 milyard kubmetr, kondensat hasilatı isə 1,15 milyon ton olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər