Səfir: Azərbaycan Argentinaya Mərkəzi Asiya bazarlarına çıxış üçün kömək edə bilər
Azərbaycan Orta Dəhliz marşrutundakı strateji mövqeyi sayəsində Mərkəzi Asiyada iqtisadi mövcudluğunun genişləndirilməsində Argentina üçün mühüm halqa ola bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov Argentinanın "Diafanís" jurnalına müsahibəsində bildirib.
"Argentinanın birbaşa ticarət tərəfdaşı rolundan əlavə, Azərbaycan həmçinin onun Mərkəzi Asiyada iqtisadi mövcudluğunun genişləndirilməsində mühüm rol oynaya bilər. Azərbaycanın Orta Dəhlizin - Asiya və Avropanı quru yolu ilə birləşdirən Transxəzər marşrutunun mərkəzində strateji yerləşməsi ölkəni nəqliyyat bağlantısına dair regional və qlobal layihələrin əsas iştirakçısına çevirir", - diplomat qeyd edib.
XƏBƏR YENİLƏNİR
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub. BAKU.WS xəbər verir ki, bu barədə iq...