"S&P Global Ratings" Azərbaycanın iqtisadi artım proqnozunu kəskin artırıb

"S&P Global Ratings" 2024-27-ci illər üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.
BAKU.WS APA-ya istinadən bildirir ki, 2024-cü il üzrə real ümumdaxili məhsulun (ÜDM) artım proqnozu 2.5%-dən 4.5%-ə yüksəldilib.
"S&P" 2025-27-ci illərdə ölkədə iqtisadi artımı 2% müəyyən edib. Başqa sözlə, reytinq agentliyi 2024-cü il üzrə proqnozunu 2 faiz bəndi, 2026-27-ci illər üzrə proqnozunu isə 0.5 faiz bəndi yaxşılaşdırıb.
Reytinq agentliyi, həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-i 74 milyard, 2025-ci üzrə 75 milyard, 2026-cı il üzrə 78 milyard, 2027-ci il üzrə isə 81 milyard ABŞ dolları həcmində proqnozlaşdırıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq. BAKU.WS "Report"a istinadən xəbər verir...
