Rusiyalı nazir neftin qiymətindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin uzadılması ehtiyatların azalmasına və "qara qızıl"ın qiymətinə dəstək verməyə davam edəcək. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
"Hazırda biz görürük ki, neftə tələbat artmaqdadır. Eyni zamanda, biz ehtiyatların azalmasının şahidi oluruq. Uzunmüddətli perspektivdə qiymətlərin stabilləşməsini müşahidə etmək olarmı? Yox. 2-3 il öncəyə istehsalçıların hecləşdirilməsi ilə məşğul olan banklar üzərinə ciddi risk götürür. Mən onların yerində olsaydım, bir qədər ehtiyatlı davranardım, çünki onlar bir dəfə ciddi zərər görüb. Başqa sözlə, razılaşmanın neftin qimyətlərinə təsiri qısamüddətli perspektiv üçündür", - deyə nazir qeyd edib.
M.Oreşkin əlavə edib ki, Rusiya iqtisadiyyatı üçün neftin qiymətinin hansı səviyyədə olmasının fərqi yoxdur: "Biz makroiqtisadi siyasətimizi neftin 40 dollarlıq baza qiyməti üzərində qurmuşuq".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan neft hasilatının azaldılmasına dair müddətin uzadılmasına razılıq verib
Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasın...