Rusiya tarixi defolta doğru?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya yaxın günlərdə defolt elan edə bilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "Standard & Poor's" agentliyi məlumat yayıb. Bildirilir ki, ölkə xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bu yolu seçəcək.
Belə ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəyib, lakin kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər.
Agentlik onu da bildirir ki, aprelin 4-dən başlayaraq, borcların ödənilməsi üçün rəsmi Moskvaya 30 gün vaxt verilib.
Lakin bu müddətdə borcun ödəniləcəyi real görünmür.
Analitiklər bununla da ölkə iqtisadiyyatının tamamilə çökəcəyini proqnozlaşdırır.
Bu isə son 100 ildə Rusiyanın üzləşdiyi ilk daxili defolt kimi tarixə düşəcək.
Ölkə buna qədər 1998-ci ildə xarici öhdəlikləri üzrə defoltla üzləşib. Lakin hazırda baş verənlər xarici borclar üzrə 1917-ci ildən bəri ilk analoji haldır.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...