Rusiya maşınları Azərbaycanda istehsal olunacaq
06
fev
2019
19:51
Fevralın 8-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsində əvvəlcə Azərbaycan-Rusiya dövlət sərhədində "Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriləcək. Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq. Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Rusiyaya tələb: "MegaFon"un Dağlıq Qarabağdakı fəaliyyətinə son qoyulsun! - FOTO
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin N...