Rəsmi məzənnə açıqlandı (CƏDVƏL)

Rəsmi məzənnə açıqlandı (CƏDVƏL)
İqtisadiyyat 954

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi ucuzlaşıb. Avropanın vahid valyutası 1,1688-dən 1,1720 AZN-ə düşüb.    

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0485 AZN-dən 1,0483-ə düşüb. Rusiya rublunun məzənnəsi də cuzi ucuzlaşıb. Rubl 0,0161-dən 0,0160 AZN-ə geriləyib. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS    

Oxşar xəbərlər

Azərbaycanda dollar bahalaşdı (CƏDVƏL)

Azərbaycanda dollar bahalaşdı (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuz...

1627 İqtisadiyyat 09:49 01 oktyabr 2015

Son xəbərlər