Rövşən Nəcəf: "Biz Azərbaycanda startap ekosistemi mədəniyyətinin inkişafını fikirləşməliyik"
"Biz Azərbaycanda startap ekosistemi mədəniyyətinin inkişafı barədə birgə fikirləşməliyik".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Baku ID" innovasiya festivalında çıxışı zamanı deyib. O bildirib ki, bu sahədə də əsas önəmli olan insan kapitalıdır.
"İstedadlı insanlar bir neçə il çalışır, investisiya cəlb edir və startap yaradırlar. Lakin bu həmişə uğurlu olmaya bilir. Startap sahəsi bir sıra risklər daşıyır. Düşünürəm ki, ölkəmizdə startap mədəniyyəti uğurla formalaşır. Bu sahədə son illərdə baş verən pozitiv dəyişikliklər buna bir sübutdur", - deyə R.Nəcəf əlavə edib.
Oxşar xəbərlər
Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu – TƏHLİL
Daha bir enerji ilə dolu ili yola saldıq. Nəticə olaraq onu demək olar ki, geridə qoyduğumuz 2023-cü il enerji təhlükəsizliyi gündəmini daha da möhkəmləndirmiş...