Rövşən Nəcəf: "IE Mərkəzi kimi layihələrin nəticəsini gələcək onilliklərdə görəcəyik"
Liderlik və İnnovasiya üzrə IE Mərkəzi kimi layihələrin bəhrəsini və nəticələrini gələcək onilliklərdə görəcəyik.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimində bildirib.
Onun sözlərinə görə, İspaniyanın IE Universiteti innovasiya, sahibkarlıq və bilik sahəsində qlobal universitetlərdən biridir: "Bu universitetin onilliklər ərzində əldə etdiyi uğurlar nümunədir. O, Azərbaycana dünya səviyyəli akademiya, tədris proqramı və dərslər gətirəcək. Azərbaycan gəncləri bu istiqamətdə bilikləri ölkəmizdə əldə edə biləcək. Bunun digər akademik dairələrə də müsbət təsiri olacaq. Ümid edirik ki, IE daxil olmaqla, digər universitetlər, akademiyalarla bu əməkdaşlığı gələcəkdə daha da genişləndirəcəyik".
R.Nəcəf qeyd edib ki, SOCAR bu təşəbbüsə vacib, irimiqyaslı və əhəmiyyətli layihə kimi yanaşacaq: "Bu, bizim üçün sadəcə illik hesabatda bir sətir və ya divardakı bir loqo olmayacaq. Bu, bizim fədakarlığımız və dəstəyimiz olacaq. Bu təşəbbüsə rüblük və ya illik deyil, onilliklər prizmasından baxacağıq. Çünki bu təşəbbüsün bəhrə və nəticələrini gələcək onilliklərdə görəcəyik".
Oxşar xəbərlər
Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə, yəni mayın 7-də III Beynəlxalq Aqrar İnnovasiya For...