“Rixos Quba” oteli Məmmədovların əlindən alınır
Yeniliklərdən dərhal xəbərdar olun
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun daha bir biznes aktivi əlindən alınıb.
BAKU.WS-in məlumatına görə, Məmmədovların Qubadakı "Rixos Quba” oteli də əllərindən alınıb. Artıq otelin yeni sahibinə təhvil-təslim edilməsi prosesi yekunlaşmaq üzrədir.
Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçəcəyi bildirilir.
Qeyd edək ki, ümumi sahəsi 946.565 kvadrat metr olan ərazidə tikilən "Rixos Quba Azerbaijan" golf sahəsi, xizək imkanları, rahatlıq və lüksün göz qamaştırdığı otaq, süit və villaları ilə diqqət çəkir. Restoranlar, barlar, SPA və çox daha çox məkanı özündə birləşdirən "Rixos Quba" Azərbaycanda elit və imtiyazlı təbəqə üçün xidmət göstərir.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza: avtobus aşdı, 10 nəfər yaralandı
Quba rayonu ərazisində sərnişin avtobusu aşıb. Bu barədə Trend-ə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində avtobus...