İri çörək istehsalçısı: "Dövlətdən yardım olmasa qiyməti qaldıracağıq"

İri çörək istehsalçısı: Dövlətdən yardım olmasa qiyməti qaldıracağıq
İqtisadiyyat 984

 

Bu gün "Rahat” marketlər şəbəkəsində "Gilan Holdinq”in istehsalı olan çörəyin 50 qəpikdən satılması halı müşahidə olunub və mətbuatda bu barədə məlumat verilib.

"Gilan Holdinq”in səlahiyyətli nümayəndəsi "Marja”ya bildirdi ki, holdinq daima Azərbaycan iqtisadiyyatına dəstək verdiyindən heç bir məhsulunda qiymət artırımı etməyib:

"Holdinq tərəfindən çörəyin qiyməti artırılmayıb. Qiymət artırımı market tərəfindən həyata keçirilib və biz bunu araşdıracağıq. Biz hazırda unu baha almağımıza baxmayaraq, əvvəllər olduğu kimi 500 qramlıq çörəyi 26 qəpikdən marketlərə veririk. Tələblərimizə görə, həmin çörək 30 qəpikdən baha satıla bilməz. Şirkətimiz nəyinki çörəyin, meyvə şirələrinin, südün də qiymətini artırmamışdır”.

Şirkətin nümayəndəsi qeyd etdi ki, artıq unun kiloqramı 36 qəpikdən 54 qəpiyə qaldırılıb.

"Devalvasiyaya ilə əlaqədar olaraq qiymətlərin artacağı qaçılmazdır. Gözləmə mövqeyindəyik, dövlətdən yardım olmasa gələcəkdə biz də qiymətləri qaldıra bilərik. Amma hal-hazırda tərəfimizdən qiymət artırımı edilməmişdir”.

Şirkətdən qeyd edildi ki, çörəyin çəkisində də dəişiklik edilməyib.

Qeyd edək ki, "Gilan Holdinq”ə bağlı olan "Xəzri TN” MMC «№1» çörəklərinin istehsalçısıdır.

BAKU.WS

Oxşar xəbərlər

Çörəyin qiyməti qalxdı - 50 qəpik

Çörəyin qiyməti qalxdı - 50 qəpik

Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər. BAKU.WS bizimyol.info-ya istinadən xəbər ve...

2517 İqtisadiyyat 11:41 23 dekabr 2015

Son xəbərlər