Ramiz Mehdiyevin bankı satışa çıxarıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə bankı olan “Bank BTB” satışa çıxarılıb.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan banka müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilir. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir.
Xatırladaq ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günay Bank”la yanaşı, “Muğanbank” və “Bank BTB”nin də adı çəkilirdi. Qeyd olunurdu ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.
Oxşar xəbərlər
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO
Kirayə ilə ev almaq dövrü başladı. BAKU.WS "marja"ya istinadən xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müra...