"Qoşadaş" sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" sahəsində 3D OBN (Ocean Bottom Node, Dəniz Dibi Nodlar) seysmik çöl işlərinin aparılmasına hazırlıq məqsədilə ilkin mərhələdə dəniz dibinin tədqiqatına başlanılır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilib ki, bu tədqiqatın əvvəlcədən aparılması, gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.
Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dəniz dibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.
İşlər SOCAR-ın Geofizika və geologiya İdarəsi (GGİ) tərəfindən "SOCAR Fugro" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bu işlərin əvvəlcədən icrası gələcəkdə nəzərdə tutulmuş çöl işlərinin daha səmərəli aparılmasına və yüksək keyfiyyətli seysmik məlumatların əldə olunmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...