Qızılın qiyməti martdan bəri ilk dəfə aşağı düşdü
10
iyn
2026
09:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Comex" əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 23 mart tarixindən sonra ilk dəfə bir troya unsiyası üçün 4 200 dollar həddindən aşağı enib.
BAKU.WS-in məlumatına görə, ticarət platformasının açıqladığı göstəricilərə əsasən, Bakı vaxtı ilə saat 06:33-də qızılın qiyməti 3,79 faiz azalaraq 4 198,2 dollar olub.
Bir neçə dəqiqə sonra, saat 06:38-ə olan məlumatda isə ucuzlaşma tempi zəifləyib. Bu vaxt fyuçerslərin qiyməti 3,58 faiz enişlə bir troya unsiyası üçün 4 207 dollar səviyyəsində qeydə alınıb.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...