Qızılın qiyməti 3 min dollara yüksələcək - SƏBƏB

ABŞ-nin Çin, Kanada və Meksika ilə ticarət müharibələri dünya bazarında qızılın qiymətinin artmasına səbəb olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Sovcombank-ın baş analitiki Mixail Vasilyev xəbərdarlıq edib. Onun sözlərini "Gazeta.Ru" yayıb.
Analitik hesab edir ki, bu qiymətli metalın bir troy unsiyasının dəyəri 3 min dollar və daha yüksək həddə çata bilər. O, qızılın spot qiymətinin artıq tarixi rekorda imza atdığını və 2930 dollar səviyyəsini keçdiyini vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın xarici ticarət siyasətinin qızılı daha da bahalaşdıracağı bildirilirdi. Ekspertlər hesab edirlər ki, metalın dəyəri müəyyən dövrdə 3,2 min dollara qədər yüksələ bilər.
İqtisadçı Aleksandr Abramov hesab edir ki, qızıl kriptovalyutalardan daha etibarlıdır, çünki ona mərkəzi bankların ehtiyat valyuta fondları sərmayə qoyur. BitRiver analitiki Vladislav Antonov da bu fikri qismən bölüşür və qeyd edir ki, qızıl inflyasiya şəraitində "kapitalın qorunması üçün mükəmməl alət" hesab olunur.
Oxşar xəbərlər
2026-cı ilin büdcə zərfinin Nazirlər Kabinetinə təqdim olunması üçün tapşırıqlar verilib
İqtisadi Şura 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşır...
