Qızıl və gümüşün qiyməti açıqlanıb
Dünya birjalarında qiymətli metalların qiymətləri yüksək səviyyələrdə qalmaqda davam edir.
BAKU.WS xəbər verir ki, sentyabrın 4-də beynəlxalq bazarda spot qızılın bir unsiyasının qiyməti 4 468 dollar ətrafında olub.
ABŞ-də qızılın dekabr fyuçersləri isə 4 514,60 dollar/unsiya səviyyəsində qeydə alınıb.
Gümüşün qiymətində də artım müşahidə olunub. Spot gümüş əvvəlki sessiyada təxminən 2,8 faiz bahalaşıb. CME Group-un məlumatına görə, dekabr ayı üzrə gümüş fyuçerslərinin qiyməti 65,865 dollar/unsiya təşkil edib.
Qiymətli metallar bazarında əsas diqqət ABŞ-da açıqlanacaq iqtisadi göstəricilərə və Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı gözləntilərə yönəlib.
Analitiklər ABŞ dollarının məzənnəsi və istiqraz gəlirliliklərinin hərəkətinin yaxın günlərdə qızıl və gümüşün qiymətinə təsir göstərən əsas amillərdən olacağını bildirirlər.
Oxşar xəbərlər
Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq
Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəz...