Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR

Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
Açıqlama
İqtisadiyyat 237

Dünya bazarında qızılın qiymətində artımlar davam edir.

BAKU.WS-in məlumatına görə, son bir ildə qızılın qiymətində 30 faiz, son 6 ayda 17 faiz, son bir həftə ərzində isə 5 faiz artım qeydə alınıb. 

Bəs dünyada qızılın qiymətinin artması növbəti aylarda da davam edəcək? 

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, qızılın qiymətindəki atımlar investorların bazara daha çox vəsait yönəltməsi ilə bağlıdır: "Eyni zamanda qlobal müharibələr riski fonunda qızıla tələb artıb. 

ABŞ-də tətbiq edilən qarşılıqlı tarifdən sonra dünya iqtisadiyyatında tənəzzülün olması, qlobal ticarətin 330 milyard dollar azalacağı ilə bağlı proqnoz və gözləntilər var. Bu da investorların daha çox qızıl bazarına yatırım yönəltməsinə və qızılın qiymətinin artmasına gətirib çıxarır. 

Dünya bazarında qeyri-müəyyənlik müşahidə edildiyi halda qızılın qiymətində artımlar müşahidə edilir. Gözlənti ondan ibarətdir ki, qlobal ticarət riski və eyni zamanda qlobal iqtisadiyyatda tənəzzül dərinləşərsə, yeni artımlara gətirib çıxara bilər. 

Bu baxımdan həm qarşılıqlı tariflər, həm də dünya iqtisadiyyatı və düzəmi ilə bağlı qeyri-müəyyənlik qızıl bazarında xüsusi təsirlərə malik olub. Qlobal ticarət müharibələri davam edəcəyi təqdirdə, yeni artımların olacağı istisna deyil".

Son xəbərlər