Qazaxıstan Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər
Qazaxıstan neft qiymətlərinin əlverişli olacağı təqdiqdə Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə "Samruk-Kazına" Milli Rifah Fondunun rəhbəri Nurlan Jakupov bildirib.
"Qazaxıstanın Bolqarıstanın neft məhsulları bazarında iştirakının genişləndirilməsi neftin qiymətindən asılı olacaq. Genişlənmə iqtisadi əhəmiyyət və kommersiya cəlbediciliyi olduğu halda mümkündür", - N.Jakupov qeyd edib.
O "KazMunayQaz" SC-nin törəmə şirkəti olan "Rompetrol" şirkətinin Bolqarıstanda 56 yanacaqdoldurma məntəqəsi və terminaldan ibarət şəbəkəyə malik olduğunu xatırladıb.
"Bolqarıstanın neft məhsulları bazarında 3,7 % pay sahibiyik", - fondun rəhbəri əlavə edib.
O hesab edir ki, Qazaxıstanın bu seqmentdə payının artırılması üçün potensial var.
N.Jakupov həmçinin Qazaxıstanın Bolqarıstanda neft emalı zavodu ala bilib-bilməyəcəyi barədə suala cavab verməkdən yayınıb və bu layihəni "kommersiya baxımından həssas" adlandırıb.
Oxşar xəbərlər
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
Azərbaycanda müxtəlif bələdiyyələrə məxsus torpaq sahələrinin satış və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr 7 yanvar tarixində keçiriləcək. BAKU.WS...