"QazaqGaz" və SOCAR təbii qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Alibek Jamauov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Aşqabadda keçirilən görüşdə təbii qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş Aşqabadda "Türkmənistan - Çin Xalq Respublikası: qaz sənayesində 20 illik strateji əməkdaşlıq" adlı elmi-praktiki konfrans çərçivəsində baş tutub.
Tədbir çərçivəsində A.Jamauov "Türkmənqaz" dövlət konserninin sədri Maksat Babayev və CNPC-nin Direktorlar Şurasının sədri Day Houlyanla da danışıqlar aparıb.
"Görüşlər zamanı tərəflər qaz sənayesində əməkdaşlığın cari vəziyyətini və perspektivlərini, o cümlədən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, "QazaqGaz" beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirərək enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfə verir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...