Prezident: İki-üç ilə "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik
Azərbaycan iki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyir.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, bu il "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir:
"Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik".
"İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir", Prezident əlavə edib.
Oxşar xəbərlər
SOCAR və İndoneziya arasında neft-qaz sahəsində əməkdaşlıq müzakirə olundu
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüş keçirib. Bu barədə məlumat İndone...