Prezident: "Biz indi Xəzərdə ən böyük donanmaya malikik"
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı gəmiqayırma zavodunu Azərbaycan özü sifarişlərlə təmin edəcək.”
BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində deyib.
“Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq”, - Prezident bildirib.
Dövlət başçısı həmçinin əlavə edib ki, indi Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir.
"Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq", - deyə dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Keçən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub
Azərbaycanda inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir.Bu fikirləri Preziden...