Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ
İqtisadiyyat 446
Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.Son bir həftə ərzində pomidorun qiymətinin təxminən 25-30 faiz bahalaşdığını deyən ekspert bunun əsas səbəbini sahə pomidorlarının bazara gec çıxarılması ilə izah edib.Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub:“Yığımın ləngiməsi məhsulun satışa çıxarılmasını da ləngidir. Bütün bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, daha sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Bu baxımdan güman edirik ki, yaxın günlərdə qiymətlərdə 20 faizə yaxın azalmanın olacağı gözlənilir. Azalma, eyni zamanda sahə pomidorlarının bazara nə qədər çıxarılacağından asılıdır. Daha çox sahə pomidorunun bazara çıxarılması qiymətlərin enməsinə daha çox təsir edə bilər”.V.Bayramov Azərbaycanda sahə pomidorlarının daha Xaçmaz, Tovuz, Qazaxda rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bazarda pomidor və xiyarın qiyməti niyə bahadır? – VİDEO

Bazarda pomidor və xiyarın qiyməti niyə bahadır? – VİDEO

Son bir-iki həftə ərzində mövsümün əsas tərəvəzlərindən sayılan pomidor və xiyarın qiymətində bahalaşma müşahidə edilir.BAKU.WS Xəzər TV-yə istinadən xəbər veri...

1004 Video 11:19 09 iyul 2019

Son xəbərlər