Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
16
iyn
2026
21:44
Trans-Adriatik Boru Kəməri (TAP) indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib.
BAKU.WS xəbər verir ki, bu barədə İtaliyanı Respublika Günü münasibətilə təbrik edən energetika naziri Pərviz Şahbazov "X" sosial media hesabındakı paylaşımda bildirib.
Nazir bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qaz ixracının əhəmiyyətli hissəsinin yönəldiyi ölkədir.
"Çoxölçülü strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni investisiya, enerji layihələri və humanitar əməkdaşlıqla daha da güclənir", - P. Şahbazov qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub. BAKU.WS xəbər verir ki, bu barədə iq...