PAŞA Holdinq rəsmisi: Şirkətlər innovasiyalara və yeni təşəbbüslərə açıq olmalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda şirkətlər üçün ən böyük risk yenilik etməməkdir".
BAKU.WS bər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov "PAŞA Holdinq"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitinin 2-ci günündə bildirib.
O, qeyd edib ki, texnologiyalar, istehlakçı ehtiyacları hər keçən gün dəyişir. 5-10 il əvvəl rəqəmsal marketinqin ümumi marketinq büdcəsindəki payı xeyli aşağı idi. Amma hazırda bu artır:
"Şirkətlər ilk növbədə yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar. Onlar dəyişiklikləri qəbul etməli, innovasiyalara, yeni təşəbbüslərə açıq olmalıdırlar".
Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...