Özbəkistan prezidenti azərbaycanlı nazirlərlə görüşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir tviter hesabında məlumat verib.
"Qəbulda Prezident İlham Əliyevin salamlarını çatdırdıq. İki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. İki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır", - deyə o qeyd edib.
Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin (@president_uz) qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin (@azpresident) salamlarını çatdırdıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 2, 2022
1/3
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Azərbaycan, Özbəkistan və Türkiyə birgə investisiya layihələrini təşviq edəcək” - FOTO
“Bugünkü görüş Azərbaycan, Özbəkistan və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarınd...