Mikayıl Cabbarov: “Azərbaycan, Özbəkistan və Türkiyə birgə investisiya layihələrini təşviq edəcək” - FOTO

Mikayıl Cabbarov: “Azərbaycan, Özbəkistan və Türkiyə birgə investisiya layihələrini təşviq edəcək” - FOTO
İqtisadiyyat 58

“Bugünkü görüş Azərbaycan, Özbəkistan və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması olub”.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

“Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir”, - nazir qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər