Ötən il Türkiyənin Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını 5 dəfə üstələyib
Ötən il Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard ABŞ dolları təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Qeyd edilib ki, investisiyaların həcmi illik müqayisədə 6,4 % və ya 83,394 milyon ABŞ dolları azalıb.
Azərbaycandakı birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyə yatırımlarının payı 17,3 % təşkil edir.
Öz növbəsində, Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon ABŞ dolları (-86,28 %) sərmayə qoyub. Azərbaycan yatırımlarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 14,1 % təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik 5,83 % artım) təşkil edib.
2023-cü ildə Türkiyədən Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 1 milyard 302 milyon ABŞ dolları, ölkəyə birbaşa investisiyaların ümumi həcmi isə 6 milyard 658 milyon ABŞ dolları olub. Bu dövrdə Azərbaycan Türkiyəyə birbaşa 1 milyard 815 milyon ABŞ dolları investisiya yatırıb, Azərbaycanın xarici ölkələrə birbaşa investisiyalarının ümumi həcmi isə 3 milyard 117 milyon ABŞ dollar təşkil edib.
Oxşar xəbərlər
İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarların DİQQƏTİNƏ
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyini...