Ötən il Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
BAKU.WS xəbər verir ki, bunu bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb:
"Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank"la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...