Ötən il Azərbaycan 28 mln tondan artıq neft ixrac edib
05
fev
2021
16:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il ərzində Azərbaycanda 28,4 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bu barədə Report-a Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilib.
Məlumata görə, bu, 2019-cu ilin göstəricilərinə nisbətən təxminən 2,9 mln ton, yəni 9,2% azdır.
Neftin (kondensatla birlikdə) 27,1 mln tonu konsorsium, 1,3 mln tonu isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə ixraca nəql edilib.
Oxşar xəbərlər
Azərbaycanda bu ilin 9 ayında neft-qaz hasilatına dair statistika açıqlanıb
2020-ci ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. BAKU.WS Energetika Na...