OPEK+ ölkələri neft hasilatını artırmaq barədə razılığa gəldilər
OPEK+ avqust ayı üçün neft hasilatını artırmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında iyulun 5-də keçirilən onlayn iclasın yekunlarına dair məlumat yayılıb.
Bildirilib ki, OPEK+ üzvü olan yeddi ölkə 2023-cü ilin aprelində elan edilmiş əlavə könüllü hasilat məhdudiyyətlərinə yenidən baxaraq, avqust ayından etibarən gündəlik neft hasilatını 188 min barrel artırmağa qərar verib.
Qeyd olunub ki, bazardakı vəziyyətdən asılı olaraq 2023-cü ildə tətbiq edilən əlavə könüllü məhdudiyyətlər qismən və ya tam şəkildə ləğv oluna bilər. İştirakçı ölkələr neft bazarındakı vəziyyəti yaxından izləmək barədə razılığa gəliblər.
Məlumata əsasən, OPEK+ ölkələrinin növbəti iclası avqustun 2-də keçiriləcək.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...