OPEC+ yay aylarında neft hasilatını artıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı yay aylarında ötən aylarla müqayisədə neft hasilatını ciddi şəkildə artıracaq.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə qərar OPEC+ Nazirlərinin 29-cu iclasında qəbul olunub. Videoformatda keçirilən iclasda iyul və avqust aylarında gündəlik əlavə hasilatın 650 min barrel təşkil ediləcəyi razılaşdırılıb. İyun ayı üçün bu göstərici 430 min barrel təşkil edir.
OPEC+ bu qərarı mühüm iqtisadi məkanlarda pandemiyaya görə tətbiq edilən lokdaunların aradan qaldırılması və neftayırma zavodlarının mövsümi tələbatının artımı ilə izah edib.
Avropa İttifaqının Rusiyaya qarşı embarqosuna baxmayaraq, Rusiya da neft istehsalına dair razılaşmalarda iştirakını davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan gündəlik neft hasilatını 25 min barrel artıracaq - SƏBƏB
“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edi...