OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı ilə bağlı qiymətləndirməsini dəyişməyib
2026-cı ildə qlobal neft tələbatı gündəlik 1,38 milyon barel artaraq sutkada 106,52 milyon barelə çatacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilib.
OPEC-in cari hesabatında neft tələbatı ilə bağlı proqnozları ümumiyyətlə dəyişdirilməyib. Proqnozlar 2025-ci il üçün gündəlik 105,14 milyon barel, 2026-cı il üçün isə gündəlik 106,52 milyon barel səviyyəsində saxlanılıb.
Bundan əlavə, təşkilat 2027-ci il üçün neft tələbatına dair ilk qiymətləndirməsini açıqlayıb - gündəlik 107,86 milyon barel, bu da 2026-cı ilin proqnoz səviyyəsinə nisbətən gündəlik 1,34 milyon barel artım deməkdir.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...