Azərbaycan neftinin qiyməti BAHALAŞDI
13
noy
2024
10:24
Dünya birjalarında neftin qiymətində yenidən artım müşahidə olunub.
BAKU.WS-in məlumatına görə, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir bareli 0,19 dollar bahalaşaraq 72,08 dollara çatıb.
Eyni zamanda "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,44 dollar və ya 0,52 faiz artaraq 74,16 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Oxşar xəbərlər
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min bare...