Neft Fondunun bu il dünya ölkələrinə qoyduğu investisiyanın həcmi açıqlandı

Neft Fondunun bu il dünya ölkələrinə qoyduğu investisiyanın həcmi açıqlandı
İqtisadiyyat 88

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin martın 31-nə investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 33,16% təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 33,06%, Şimali Amerika 27,22%, Avstraliya-Yeni Zelandiya 1,09%, Yaxın Şərq 0,74%, Cənubi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,68% təşkil edib.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 63,93%, inkişaf etməkdə olan ölkələrin payı 31,39%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,68% olub.

Bundan başqa, hesabat dövründə ARDNF-in investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 68,7%, səhmlər 12,4%, daşınmaz əmlak 6,1%, qızıl isə 12,8% təşkil edib.

Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 41 339,10 mln. manata çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər