Neft Fondu bu il ən çox Asiya-Sakit Okean regionuna investisiya yatırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin iyunun 30-na investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionu 35,53% təşkil edib.
BAKU.WS-in ARDNF-nin 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələrinin payı 29,33%, Şimali Amerika 27,07%, Avstraliya-Yeni Zelandiya 1,13%, Yaxın Şərq 0,74%, Cənubi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,15% təşkil edib.
Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 60,39%, inkişaf etməkdə olan ölkələrin payı 33,46%, beynəlxalq maliyyə təşkilatlarının payı 6,15% olub.
Bundan başqa, hesabat dövründə ARDNF-nin investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 66,8%, səhmlər 13,7%, daşınmaz əmlak 5,9%, qızıl isə 13,6% təşkil edib.
Qeyd edək ki, ARDNF-nin cəmi investisiya portfeli 42 636,66 mln. manata çatıb.
Oxşar xəbərlər
Neft Fondunun bu il dünya ölkələrinə qoyduğu investisiyanın həcmi açıqlandı
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin martın 31-nə investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 33,16% təş...