Nazirlər Kabinetinin yeni qərarı benzinin qiymətinə təsir edəcəkmi?
25
dek
2017
19:32
"Nazirlər Kabinetinin son qərarı faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur” .BAKU.WS xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov oktan ədədi 95-dən az olan benzin növləri üçün aksiz dərəcəsinin 1 ton üçün 1 manatdan 200 manata qaldırılmasını şərh edərkən bildirib.İqtisadçının sözlərinə görə, yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək:“Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir”.V.Bayramov qeyd edib ki, əgər yaxın zamanlarda qiymət artımı baş versə, bunun iqtisadi əsası olmayacaq:“Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzin istehsalının azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzin növlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq".BAKU.WS
Oxşar xəbərlər
Siqaret və spirtli içkilərin qiymətinə təsir edən qərar: 2 dəfədən çox artırıldı (RƏSMİ)
2018-ci il yanvarın 22-dən Azərbaycana idxal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsi artırılacaq.BAKU.WS-in Trend-ə istinadən verdiyi məlu...