Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“İşğaldan azad edilmiş ərazilərə istər yol infrastrukturunun, istərsə də dəmiryolu infrastrukturunun genişlənməsi, şaxələnməsi istiqamətində 2022-ci ildə kifayət qədər əhəmiyyətli investisiyalar yatırılıb”.
BAKU.WS xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan, ümumiyyətlə, regionun inkişafı üçün prioritet olduğu vurğulanıb:
“Bu istiqamətdə konkret olaraq Horadiz-Ağbənd dəmiryolunu qeyd etmək istərdim. Burada işlərin böyük əksəriyyəti, əhəmiyyətli bir hissəsi artıq 2022-ci ildə başa çatıb. Qarşıdan gələn illər ərzində, yəni 2023-2024-cü illərdə bu layihənin tam şəkildə, yəni ən azından Azərbaycan hissəsinin başa çatdırılmasını planlaşdırırıq”.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var”
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Report" İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik. - Cənab nazir, xəbər verildiyi kimi, Azərbaycanın...