Nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri görməlidir
İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri görməlidir.
BAKU.WS xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
Onun sözlərinə görə, adaptasiya tədbirləri müxtəlif formalarda həyata keçirilə bilər: "Bu, təkcə hökumətin yox, vətəndaşların, özəl sektorun da payına düşür. 2023-cü ildə Azərbaycanda temperatur anomaliyası 1.9 olub".
U.Tağıyeva bildirib ki, son on il ərzində yağıntıların azalması kənd təsərrüfatına ciddi təsir edib: "Azərbaycanda misli görünməyən sayda daşqınlarla üzləşdik. Ötən 147, bu il isə artıq 102-ni ötüb. Ölkənin üçüncü "Qırmızı Kitab"ına düşən fauna və flora növlərinin sayı artıb".
Nazir müavini vurğulayıb ki, iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin də səviyyəsinin azalması müşahidə edilir: "Bu, mədəni, turizm və s. kimi sahələrdə ziyana səbəb olur".
Oxşar xəbərlər
DSMF sədri: "Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb"
Azərbaycanda son 6 ildə sosial müdafiə xidmətləri ilə bağlı vətəndaş müraciətləri və şikayətləri 60 % azalıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əm...