Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu gün Özbəkistanın "Davr Bank"ının nəzarət səhm paketininəldə edilməsinə dair müqavilə imzalayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda deyib.
"Bu gün ABB-nin iştirakı ilə tərəfdaşlıq və "Davr Bank"da payın əldə edilməsi yolu ilə Özbəkistan bazarına çıxışın təməlini qoyacaq müqavilə imzalanacaq", - nazir qeyd edib.
Xatırladaq ki, bu ilin may ayında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın 2026-cı ilin ikinci yarısında Özbəkistanın "Davr Bank"ının səhmlərinin 51 %-nin satın alınmasına dair sövdələşməni yekunlaşdırmağı və Özbəkistan bazarında əməliyyatlara başlamağı nəzərdə tutduğunu açıqlamışdı.
A.İbrahimov qeyd edib ki, Özbəkistanda bankın alınması çərçivəsində ABB-nin investisiyalarının həcmi 100 milyon ABŞ dollarını ötəcək.
"Davr Bank" 2001-ci ilin sentyabr ayından Özbəkistan ərazisində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...