Naxçıvan üçün 5 milyonluq elektrik avtobuslar ALINACAQ
20
avq
2025
08:59
"Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs tam elektriklə işləyən avtobusların alınması üçün tender elan edib.
BAKU.WS-in məlumatına görə, müsabiqənin ümumi dəyəri 4 milyon 945 min 620 manat olaraq göstərilib.
Satınalma çərçivəsində 20 ədəd elektrikli mikroavtobus nəzərdə tutulur.
Qeyd edək ki, yeni avtobuslar havaya zərərli qazlar buraxmayacaq, daha səssiz işləyəcək və sərnişinlər üçün daha komfortlu şərait yaradacaq.
Oxşar xəbərlər
Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub
2026-cı ilin ilk 8 ayında Azərbaycanda elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat qənaət əldə olunub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu A...