Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunur:
- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;
- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının tamamı) miqdarında;
- Qanunun 36.1-ci maddəsində nəzərdə tutulan hallarda fəaliyyətin hər tam ayı üçün 2 500 manat miqdarında, lakin 3 aydan çox olmamaqla.
Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan xidmət haqqı Xüsusi İcra Məmurlarının Palatasının (bundan sonra - Palata) üzvlük haqları hesabına ödəniləcək.
2.1-2.3-cü bəndlərində nəzərdə tutulan xidmət haqları üzrə hesablaşmalar müvəqqəti fəaliyyət müddəti 30 gün və daha az olduqda həmin müddətin sonunda, 30 gündən çox olduqda isə (bu Qaydanın 2.1-ci bəndi istisna olmaqla) hər 30 gündən bir, habelə müddətin sonunda aparılacaq.
Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan hallarda xidmət haqlarının ödənilməsi Palata tərəfindən təşkil edilir, 2.3-cü bəndində nəzərdə tutulan halda isə xidmət haqqının ödənilməsi Ədliyyə Nazirliyinin məlumatı əsasında Palata tərəfindən icra ediləcək.
İcra sənədləri üzrə avans ödənişləri müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi üçün istifadə edilə bilməz.
Oxşar xəbərlər
Bakıda fantastik qiymətə 1 sot torpaq - 1 milyon 150 min manat...
"Bakı şəhərinin mərkəzi və prestijli zonalarında torpaq sahələri artıq illərdir ki, rekord qiymətlərlə təklif olunur. Bu ərazilərdə torpağın bir sotu bəzən mənz...