Mərkəzi Bank rəsmi məzənnəni açıqladı: dollar qəfil ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sabah üçün 1,5971 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,6102 manata bərabər olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank məzənnəni açıqladı (RƏSMİ)
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu gün 1...