Mogerini: "Cənub Qaz Dəhlizi" Aİ-nin maraqlarına xidmət edir
09
fev
2018
19:24
"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bir hissəsidir və həm rəsmi Bakının, həm də Avropa İttifaqının (Aİ) maraqlarına xidmət edir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Federika Mogerini Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.F.Mogerini qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycanla Aİ arasında hər iki tərəfin maraqlarına cavab verən energetika sahəsində strateji əməkdaşlığa nümunələrdən yalnız biridir:"Ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Aİ ölkələri, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm addım oldu".Aİ-nin ali nümayəndəsi bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında hazırda danışıqlar mərhələsində olan aviasiya sazişi tərəflərin əlaqələrinin gücləndirilməsinə kömək edir:"Azərbaycandan və Aİ dövlətlərindən insanların səyahət etməsi, bir-biri ilə görüşməsi, bir-birilərinin ölkələrinə səfər etməsi imkanı strateji, geosiyasi əhəmiyyətə malikdir".BAKU.WS
Oxşar xəbərlər
Aİ Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından istifadə etmək niyyətindədir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səf...