Aİ Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
30
yan
2018
19:18
Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından istifadə etmək niyyətindədir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey mətbuat konfransında deyib.H.Hololey qeyd edib ki, Aİ Asiya istiqamətində yaradılan yeni nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından yararlanmaq istəyir.Onun sözlərinə görə, BTQ Avropa ilə Asiyanı birləşdirən, böyük ticarət potensialı olan mühüm dəhlizdir.Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru vurğulayıb ki, Aİ və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı intensivləşdirmək və genişləndirmək niyyətindədirlər:"Tərəflər nəqliyyatın müxtəlif növlərində əməkdaşlığın inkişafı üzrə müzakirələr aparacaq xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəliblər".BAKU.WS
Oxşar xəbərlər
Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı
“Azərbaycan Dəmir Yolları” QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirilib...