Misir səfiri ilə SOCAR-ın vitse-prezidenti energetika əməkdaşlığını müzakirə ediblər
Misirin Bakıdakı səfiri Houssam Eldine Reda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirovla energetika və investisiya sahələrində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Misirin Bakıdakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, aprelin 2-də baş tutan görüş Misir və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi səyləri çərçivəsində keçirilib.
"Görüş SOCAR-ın ən böyük regional və beynəlxalq neft-qaz şirkətlərindən biri kimi aparıcı mövqeləri nəzərə alınmaqla, iki ölkənin energetika və investisiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməyə imkan yaradıb", - məlumatda bildirilib.
Görüş zamanı diplomat Misirin neft-qaz sektorunun icmalını təqdim edib, həmçinin ölkənin investisiya potensialını və energetika sahəsində beynəlxalq tərəfdaşları cəlb etdiyini diqqətə çatdırıb.
Səfirlikdən Qahirə və Bakı arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilmək istəyi vurğulanıb.
Oxşar xəbərlər
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
Dünya enerji bazarlarında neft qiymətlərində artım tendensiyası davam edir. BAKU.WS-in məlumatına görə, Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelin...