Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsi, xüsusilə Azərbaycan-Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqlar iri infrastruktur layihələrinin - boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezident İlham Əliyevin də iştirak etdiyi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
M. Cabbarov Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğulayıb.
Eyni zamanda, iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini qeyd edib.
Nazir, həmçinin İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli əməkdaşlığın əhəmiyyətinə toxunaraq, müxtəlif ölkələr üçün ticarətin və hərəkətliliyin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
M. Cabbarov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...